Boğaz ağrısını necə tanımaq və düzgün müalicə etmək olar?

Söhbət faringitdən və ya boğaz ağrısından getdikdə, viruslu və bakterial faringiti fərqləndirmək çox vacibdir. Diaqnostika laborator metodların köməyi ilə aparılır. Lakin simptomlar da infeksiyanın mənbəyini göstərə bilərlər. Bakterial angina boğazın qızarması, ağrı, qızdırma, badamcıqlar üzərində ağ rəngli ərp və udqunma zamanı intensiv ağrı ilə xarakterizə olunur, bu ağrı isti çay və ya digər mayenin qəbulu […]

Söhbət faringitdən və ya boğaz ağrısından getdikdə, viruslu və bakterial faringiti fərqləndirmək çox vacibdir. Diaqnostika laborator metodların köməyi ilə aparılır. Lakin simptomlar da infeksiyanın mənbəyini göstərə bilərlər. Bakterial angina boğazın qızarması, ağrı, qızdırma, badamcıqlar üzərində ağ rəngli ərp və udqunma zamanı intensiv ağrı ilə xarakterizə olunur, bu ağrı isti çay və ya digər mayenin qəbulu zamanı azalmır.

Viruslu faringit zamanı antibakterial preparatlar kömək etməyəcək, lakin bakterial faringit zamanı bu preparatlar olduqca vacibdir. Boğazın qarqara edilməsi zamanı ölmüş bakteriyalar və hüceyrələr yuyularaq kənarlaşdırılır, iltihab ocağı mexaniki olaraq təmizlənir, selikli qişanın nəmlənməsi sayəsində isə onun regenerasiyası stimullaşdırılır. Axı sağlam selikli qişa immun sisteminə orqanizmi müxtəlif infeksiya törədicilərindən müdafiə etməyə kömək edən çox vacib qoruyucu baryerdir.

Tibb inkişaf etdikcə, duzlu su və ya digər dərman məhlulları ilə qarqara tədricən daha effektiv və təhlükəsiz, apteklərdə reseptsiz əldə edilməsi mümkün olan dərmanlarla əvəz olunur. Boğaz ağrısının müalicə metodlarından biri boğazın qarqara edilməsidir və bu metod müasir dövrümüzdə də aktualdır. Duzlu su məhlulu ilə qarqara selikli qişaların regenerasiyasını təmin etmir, bakteriyaların çoxalmasına və iltihabın inkişafına mane olmur.

Digər tərəfdən, boğazın qarqara edilməsi üçün nəzərdə tutulmuş dərmanların, məsələn, Фурасол preparatının istifadəsi nəinki iltihab ocağını törədicidən təmizləyir, həm də selikli qişanı nəmləndirir və onun regenerasiyasına kömək edir.

Mənbələr: Məqalədə “Māmiņu klubs” (“Analar klubu”) proqramında Фурасол preparatı barədə süjetdən götürülmüş informasiyadan istifadə edilmişdir