Angina – badamcıqların kəskin iltihabıdır
Boğaz ağrısı və qızdırma anginanın və ya tonzillitin – badamcıqların kəskin iltihabının səciyyəvi simptomlarıdır. Angina çox zaman uşaqlarda və yeniyetmələrdə rast gəlinir, lakin yetkin yaşda da baş verə bilər. Tonzillit zamanı boğaz ağrısı kifayət qədər güclü olur və udqunma prosesini çətinləşdirir, habelə boynun limfa düyünlərinin böyüməsi və ağrılı olması, badamcıqlar üzərində ağ rəngli irinli ərp, […]
Boğaz ağrısı və qızdırma anginanın və ya tonzillitin – badamcıqların kəskin iltihabının səciyyəvi simptomlarıdır. Angina çox zaman uşaqlarda və yeniyetmələrdə rast gəlinir, lakin yetkin yaşda da baş verə bilər.
Tonzillit zamanı boğaz ağrısı kifayət qədər güclü olur və udqunma prosesini çətinləşdirir, habelə boynun limfa düyünlərinin böyüməsi və ağrılı olması, badamcıqlar üzərində ağ rəngli irinli ərp, səsin dəyişilməsi müşahidə edilir. Bədə temperaturu 38-40 °C-dən yüksək ola bilər. Bütün bunlar bakterial infeksiyadan xəbər verir. Bundan əlavə, bu cür hallarda, adətən, virus xəstəlikləri zamanı rast gələn öskürək olmur.
Çox zaman tonzillitin inkişafına gətirib çıxaran törədici – iltihabın yaranmasına səbəb olan A qrup beta-hemolitik streptokokkdur. Bu mikrob həmçinin oynaqları, böyrəkləri və ürək toxumalarını da zədələyə, revmatik dəyişikliklərə səbəb ola və həyat keyfiyyətini məhdudlaşdıra bilər.
Vaxtında müalicə edilməmiş angina geri dönməyən fəsadların inkişafına səbəb ola bilər, buna görə də mütəxəssisə müraciəti gecikdirmək olmaz!