Yaralar necə işlənilməlidir?
İnsanın sürətliliyi və ehtiyatsızlığı çox zaman onun xəsarətlər almasına səbəb olur. Belə olmasa, bəs uşaq velosiped sürməyi necə öyrənər? Şam yeməyi üçün daha ehtiyatla doğranmış salat bu cür dadlı olacaqmı? Evdəki pişiyimiz Murzikin quyruğunun dartılmasını xoşlamadığını hər bir qonağa izah edəcəyikmi? Bu suallara sanki cavabların olmadığı görünsə də, biz adi xırda hadisələrə hazır olmalı, aldığımız […]
İnsanın sürətliliyi və ehtiyatsızlığı çox zaman onun xəsarətlər almasına səbəb olur. Belə olmasa, bəs uşaq velosiped sürməyi necə öyrənər? Şam yeməyi üçün daha ehtiyatla doğranmış salat bu cür dadlı olacaqmı? Evdəki pişiyimiz Murzikin quyruğunun dartılmasını xoşlamadığını hər bir qonağa izah edəcəyikmi?
Bu suallara sanki cavabların olmadığı görünsə də, biz adi xırda hadisələrə hazır olmalı, aldığımız yaranı necə işləməyi və onun tez sağalmasına necə kömək etməyi bilməliyik.
- Həyatda hər cür yaralara rast gəlmək olar! Kəsilmiş, deşilmiş, odlu silah yaraları, doğranmış, əzilmiş, parçalanmış, cırılmış, cızılmış, dişlənmiş yaralar, yanıq və donuq yaraları və qarışıq yaralar. Bu yaraların bir çoxu həkim tərəfindən müalicə olunmalıdır, buna görə də hər hansı tədbirləri görməzdən əvvəl mütəxəssislə məsləhətləşmə imkanını nəzərdən keçirmək lazımdır. Ev şəraitində müalicə olunan məişət travmaları, bir qayda olaraq, kəsilmiş, əzilmiş, cızılmış yaralar, sıyrıqlar, birinci dərəcəli yanıqlardır. Yaranın yaxşı işlənməsi üzrə tədbirlər: qanayan yaraya təmiz və yumşaq parçadan sıxıcı sarğı qoymaq lazımdır. Bu, qanaxmanı dayandıracaqdır. Əgər yara kiçikdirsə, laxtalanma faktorları sürətlə öz funksiyasını yerinə yetirəcək və bir neçə dəqiqədən sonra qanaxma dayanacaqdır. Əgər yara daha böyükdürsə, sarğını daha uzun müddət, 15 dəqiqəyədək saxlamaq lazımdır;
- səbirli olun! Əgər sarğını yaradan tez götürsəniz, qanaxma yenidən başlaya bilər;
- soyuq kompreslər qan damarlarını daraltmağa və qanaxmanı, ödemi və qızartını azaltmağa kömək edir. Lakin ehtiyatlı olmaq lazımdır (!) — həddən artıq soyuq donmaya səbəb ola bilər;
- əgər ağrı çox güclüdürsə, ağrıkəsici vasitələrdən istifadə etmək olar;
- yaranı mütləq qaydada təmizləmək lazımdır. Yadda saxlamaq lazımdır ki, hətta ən kiçik cızıq belə steril deyildir. Mikroorqanizmlər zədələnmiş dəridən asanlıqla yaraya keçirlər və zədələnmə yeri işlənilmədikdə infeksiya prosesi başlaya bilər;
- Yaranın təmizlənməsinə ilıq su şırnağı ilə başlamaq lazımdır (təxminən 5 dəqiqə). Yaranın təmizlənməsi üçün sabundan istifadə etmək olar;
- Yaranın tam təmizlənməsi üçün antibakterial Furasol® preparatından istifadəni tövsiyə edirik, bu preparat nəinki infeksiyanı müalicə edir, həm də onun inkişafının qarşısını alır. Bu preparatdan xırda yad cisimlərin yaradan yuyulub kənarlaşdırılması üçün istifadə etmək olar. Yanma hissi yaratmır, ətraf və zədələnmiş toxumaları qıcıqlandırmır, uşaqlarda yaraların işlənilməsi üçün uyğundur;
- yaraya infeksiya düşməsinin qarşısını almaq üçün işlənildikdən sonra yaranı təmiz sarğı ilə bağlamaq lazımdır;
- hər gün sarğını dəyişmək və yaranı təmizləmək lazımdır. Bu halda da Furasol® məhlulu faydalı olacaqdır, belə ki, bu preparat yaraların gündəlik dezinfeksiyası üçün gündə 1-2 dəfə istifadə edilir;
- Yaranın yaxşı təmizlənməsi üçün Furasol® məhlulunu düzgün hazırlamaq vacibdir. Paketin içindəki tozu bir stəkan (200 ml) qaynadılmış və ya distillə olunmuş isti suda həll edin. İstifadə etməzdən əvvəl məhlulu soyutmaq lazımdır. Məhlul istifadədən bilavasitə əvvəl hazırlanır və hər sonrakı işlənilmə üçün Furasol® preparatının yeni paketindən istifadə edilir. Hər qablaşmada 5 paket olur. Əgər preparatın istifadəsi ilə bağlı suallarınız yaranmışdırsa, onları əczaçı və ya ailə həkimi ilə müzakirə edin.
Lakin, hətta xəsarət ilk baxışda kiçik görünsə də, elə hallar vardır ki, mütləq həkim yardımı tələb olunur, onları yadda saxlamaq lazımdır:
- hətta yaraya sıxıcı sarğıların, soyuq kompreslərin qoyulmasından və ətrafın yuxarı qaldırılmasından sonra da dayanmayan güclü qanaxma;
- əgər yara çox dərin və ya uzundursa, bir neçə tikiş qoyulması üçün təcrübəli cərrahın yardımı tələb oluna bilər;
- itin və ya digər heyvanın dişləməsindən sonra – hətta öz ev heyvanınızın sağlamlığının qiymətləndirilməsində belə, heç vaxt 100% əmin olmaq olmaz. Təhlükəsizlik məqsədi ilə mütəxəssisə müraciət et və heyvanı quduzluğa qarşı peyvənd etdir;
- əgər sən 5-10 ildən artıq müddət tetanusa qarşı peyvənd olunmamısansa, təcili revaksinasiya ilə bağlı həkimlə məsləhətləş.
- əgər yara sağalmırsa və infeksiya prosesi başlamışdırsa (qızartı, ödem artmışdırsa, irin əmələ gəlmişdirsə, ağrı azalmırsa, titrəmə yaranıbsa) sonrakı müalicə taktikası ilə bağlı mütləq qaydada mütəxəssislə məsləhətləşmək lazımdır.